Tramp biabır oldu, tribunanı tərk etdi - Video

/ Bazar ertəsi, 10 Avqust 2020 10:42
Tramp biabır oldu, tribunanı tərk etdi - Video

ABŞ Prezidenti Donald Tramp “CBS News”un jurnalistinin gözlənilməz sualından sonra mətbuat konfransını yarımçıq tərk edib.

Məlumata görə, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib. Müxbir Paula Rid Trampın "Veteranların seçimi" layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra prezidentin yalanını ifşa etməyə çalışıb.  

"Niyə "Veteranların seçimi" layihəsinin məhz özünüz tərəfindən həyata keçirildiyini təkrarlayırsınız? O, 2014-cü ildə qəbul edilib, bu, yalan bəyanatdır, cənab", - jurnalist deyib.

Paula Rid bildirib ki, Tramp 2016-cı ildə dövlət başçısının postunu tutub.

Prezident növbəti sual üçün sözü başqa jurnalistə verməyə çalışıb, ancaq Rid onun sözünü kəsərək, sualı təkrarlayıb. Belə olduqda Tramp mətbuat konfransını kəsib, toplaşanlara diqqət ayırdıqlarına görə təşəkkürünü bildirərək, tribunanı tərk edib.

Please publish modules in offcanvas position.