Məkrli plan başladı: 100 erməni Beyrutdan İrəvana gətirildi

/ Çərşənbə, 12 Avqust 2020 15:06
Məkrli plan başladı: 100 erməni Beyrutdan İrəvana gətirildi

Livana yardım daşıyan təyyarələrlə Ermənistana 100 erməni qayıdır.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz Feysbuk səhifəsində paylaşıb.

“İki təyyarə artıq çatıb, üçüncüsü bir neçə saat əvvəl eniş edib. Ermənistanın müvafiq orqanları evsiz qalan və Ermənistana gəlməyi arzulayan Ermənistan vətəndaşları haqqında məlumat toplayır. Öz çıxışlarımdan birində mən qeyd etmişdim ki, biz gərək Ermənistana geri dönən vətəndaşlarımızın ehtiyacları barədə operativ qiymətləndirmə edək ki, vətəndaşlarımız öz vətənlərində yaşayışlarını xüsusi çətinlik olmadan yoluna qoysunlar.

Əziz həmvətənlərim, Ermənistana xoş gəlmisiniz. Sizi qəbul etməyə məmnunuq və mümkün olan hər şeyi edirik ki, Ermənistana dönməyi arzulayan vətəndaşlarımızın geri dönüşünü təşkil edək”, – deyə o bildirib.

Qeyd edək ki, “Ermənistan vətəndaşı” adı ilə Beyrut ermənilərinin İrəvana gətiriləcəyi, daha sonra isə onların Dağlıq Qarabağda yerləşdiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

Please publish modules in offcanvas position.