DİN-dən Aşura günü ilə bağlı xəbərdarlıq

/ Cümə, 14 Avqust 2020 17:17
DİN-dən Aşura günü ilə bağlı xəbərdarlıq

Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2020-ci il avqust ayının 31-dək ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi, ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmiş, məscidlərin fəaliyyəti dayandırılıb.

Daxili İşlər Nazirliyindən bildirilib ki, cari il avqust ayının 21-dən başlayan Məhərrəm ayı ilə əlaqədar, o cümlədən “Aşura” günündə məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşmaq yolverilməzdir:

“Hər bir kəsi bu müraciəti anlayışla qarşılamağa və xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırırıq”.

Please publish modules in offcanvas position.