Bu il Məhərrəm ayı nə vaxt başlayır?

/ Çərşənbə axşamı, 18 Avqust 2020 13:59
Bu il Məhərrəm ayı nə vaxt başlayır?

Hicri-qəməri təqivimi ilə bu il Məhərrəm ayı avqustun 21-də başlayır.

İslam.az-ın verdiyi xəbərə görə, avqustun 20-də Hicri-qəməri tarixi ilə 1441-cı ilin sonuncu Zilhiccə ayı bitir, avqustun 21-də 1442-ci ilə qədəm qoyuruq - Məhərrəm ayı başlayır. Bu ay hicri ilinin ilk ayı olması və bu ayda döyüşlərin və müharibələrin haram edilməsi ilə yanaşı, həm də Aşura günündə baş vermiş faciəli Kərbəla hadisəsi ilə əlamətdardır.

Bu ayın ilk iki həftəsində dünya müsəlmanları, eləcə də Azərbaycanlı inanclılar bir qayda olaraq məscidlərə gedir,  İmam Hüseynin (ə) və digər Kərbəla şəhidlərini yad edir, mərsiyələr deyir, rozələr söyləyirlər. Lakin bu il koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda məscidlərdə mərasimlər təşkil edilməyəcək.

Qeyd edək ki, bu il Aşura günü avqustun 30-na təsadüf edir.

Please publish modules in offcanvas position.