Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTO

/ Cümə, 04 Sentyabr 2020 11:59
Azərbaycan Prezidentinin köməkçisi Gəncədə din xadimləri ilə görüş keçirib - FOTO

Gəncə şəhərindəki İmamzadə dini kompleksində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov bir qrup din xadimi ilə görüş keçirib.

Görüşdə ayrı-ayrı regionlardan olan din xadimləri, respublikanın müxtəlif məscidlərinin imamları iştirak edib.     

AZƏRTAC-ın məlumatına görə, görüşdə çıxış edən Anar Ələkbərov müstəqillik illərində dövlət-din münasibətlərinin yeni müstəvidə formalaşdığını, Azərbaycanda dövlət səviyyəsində dinə xüsusi diqqət göstərildiyinı qeyd edib. Bildirib ki, ölkəmizdə din dövlətdən ayrı olsa da, dövlət daim bu sahəyə dəstək göstərir.

Görüşdə din xadimlərinin fikirləri və təklifləri dinlənilib, belə müzakirələrin əhəmiyyəti qeyd olunub.

Please publish modules in offcanvas position.