Bu gün, sentyabrın 14-ü, İmam Zeynəlabidinin (ə) şəhadət günüdür

/ Bazar ertəsi, 14 Sentyabr 2020 11:06
Bu gün, sentyabrın 14-ü, İmam Zeynəlabidinin (ə) şəhadət günüdür

Bu gün dünya müsəlmanlarınız 4-cü İmamı, İmam Əlinin (ə) nəvəsi, İmam Hüseynin (ə) oğlu imam Zeynəlabidinin (ə) şəhadət günüdür. Adı Əli osa da, o, tarixdə daha çox Zeynəlabidin (ibadət edənlərin nuru) və ya Səccad (çox səcdədə olan) adı ilə məşhurdur.

İslam.az-ın məlumatına görə,  İmam Zeynəlabidin (ə) hicrətin 38-ci ilində, Şaban ayının 5-də dünyaya göz açıb. Hicri 95-ci ildə isə Hişam ibni Әbdülməlikin əmri ilə zəhərlənərək şəhid edilib.

Dördüncü imamın həyatı da Əhli-Beytin (ə) digər üzvləri kimi keşməkeşli, sınaqlarla zəngin olub. Yenə də Əhli-Beytin (ə) digər üzvləri kimi, imam bu sınaqlardan layiqincə, Allaha sadiqlik nümunəsi olaraq çıxıb. Lakin imamdan söz açarkən mütləq Kərbəla faciəsi xatırlanır, Hüseyn (ə) övladının çiyinlərinə düşən yükün ağırlığı və bu ağırlıq müqabilində əyilməyən qamət, vüqar insan övladını heyran edir.

Kərbəla hadisələri zamanı İslamın müdafiəsinə qalxmış 72 nəfər şəhid edildi. Onların yaxınları isə əsir götürüldü - Qadınlar və İmam Zeynəlabidin (ə). Bunun 23 yaşlı gənc üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Bu istənilən ər üçün böyük iztirab, imtahandı. Xüsusən də Əhli-beytin (ə) üzvü üçün. Sözsüz ki, hicrətin 61-ci ili Məhərrəm ayının 10-da Həzrət Hüseynin (ə) övladı xəstələnməsəydi, o da atasının, əmisinin, qardaşlarının və digər yaxınlarının aqibətini yaşayacaqdı. Çünki müsəlman qeyrəti onu da əlinə qılınc alaraq düşmənlər qarşısına çıxmağa vadar edəcəkdi. Amma ilahi Əhli-beyt (ə) zənciri qırıla bilməzdi. Nəzərə alsaq ki, bu dünyada bir yarpaq belə Allahın izni olmadan yerə düşmür, o zaman bu xəstəliyin də İslam ümməti üçün bir şəfa olduğunu anlayarıq.

İmam 35 il müsəlmanlara rəhbərlik edib. Xilafətin növbəti qəsbkarı olan Vəlid ibni Əbdulməlik, imamı 95-ci hicri ilində Məhərrəm ayının 25-də zəhərləyir və şəhadətə yetirir. Həzrət İmam Səccadı (ə) Bəqi qəbiristanlığında, əmisi İmam Həsən Müctəbanın (ə) qəbrinin yanında torpağa tapşırırlar.

İmam Zeynəlabidin (ə) şəhadətə yetişən  zaman artıq 5-ci imam, imam Baqir (ə) ilahi imamlıq missiyasını qəbul etməyə artıq hazır idi. Bu gün imam Zeynəlabidinin yüksək əxlaqı və Allaha bağılığını əks etdirən “Səhifeyi Səccadiyyə” dualar toplusu bir çox müsəlmanların hər gün müraciət etdikləri bir kitabdır.

İmam Zeynulabidinin (ə) şəhadəti münasibəti ilə islam.az kollektivi bütün müsəlmanlara başsağlığı verir!

Please publish modules in offcanvas position.