Ermənistana məxsus PUA vuruldu

/ Bazar ertəsi, 21 Sentyabr 2020 10:47
Ermənistana məxsus PUA vuruldu

Sentyabrın 20-si saat 23.13-də Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, hazırda məhv edilmiş PUA-nın qalıqlarının aşkar olunması istiqamətində axtarış aparılır.

Please publish modules in offcanvas position.