Kərbəladan səhnələr: Qoca şəhid

/ Cümə, 25 Sentyabr 2020 14:09
Kərbəladan səhnələr: Qoca şəhid

İmam Hüseynin (ə) azsaylı dəstəsinin üzvlərindən biri də Peyğəmbərin səhabəsi olmaq şərəfini daşıyan Ənəs ibn Haris (Hərs) Kahili Əsədi idi. Ənəs Bədr və Hüneyn döyüşlərində iştirak etmişdi, Peyğəmbərdən hədis rəvayət edirdi. O, Peyğəmbərin dilindən İmam Hüseyn (ə) barə¬sində bu sözləri eşitdiyini deyirdi: “Bu balam Kərbəla torpağında qətlə yetiriləcək. Hər kim həmin günə çıxsa, gərək ona yardım etsin”.

Ənəs İmam Hüseynin (ə) Kufəyə tərəf gəldiyini eşidib, özünü gizlicə o həzrətə çatdırdı. Aşura günündə əmaməsini başından açıb belinə bağladı. O qədər qoca idi ki, qaşları uzanıb gözlərinin üzərini tuturdu. Rəvayət edirlər ki, qaşlarını yuxarı darayıb dəsmalla alnına sıxdı. İmam Hüseyn (ə) onun bu şəhadət hazırlığını görəndə qəlbi riqqətə gəlib ağladı və göz yaşları içində buyurdu: “Allah əvəzini versin, ey şeyx”. Ənəs qılıncını sıyırıb döyüş meydanına şığıdı. Yaşının çoxluğuna baxmayaraq, savaş meydanında hünər göstərdi, 14 və ya 18 nəfəri öldürəndən sonra şəhidlik məqamına nail oldu.

Please publish modules in offcanvas position.