İraqın Nəcəf şəhərində ordumuz üçün dualar edildi (Video)

/ Bazar ertəsi, 05 Oktyabr 2020 10:56
İraqın Nəcəf şəhərində ordumuz üçün dualar edildi (Video)

Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı Vətən müharibəsinə dünya ölkələrindən dəstək gəlməyə davam edir. Cümə günü İslam dünyasının müqəddəs məkanlarından olan İraqın Nəcəf şəhərində yerləşən İmam Əlinin (ə) müqəddəs hərəmində Qarabağ yad edilib. Müqəddəs Hərəmdə ordumuzun qələbəsi üçün  dualar oxunub. 

Dua mərasimini Mərkəzdə təhsil alan bir neçə azərbaycanlı tələbə təşkil edib. Tələbələrdən aldığımız məlumatda deyilir ki, Nəcəf Elmi Mərkəzinin nüfuzlu alimlərindən olan Şeyx Kumeyt Əsədi azərbaycanlı tələbələrin təşkil etdiyi dua mərasiminə qatılıb, eyni zamanda ordumuz üçün dua edib, dəstəyini ifadə edib. 

İraqda Azərbaycana müxtəlif dairələrdən dəstək müraciətləri davam edir. Aldığımız məlumata görə, bir neçə gün əvvəl İraq Türkmən Cəbhəsi fəalları Azərbaycanın İraqdakı səfirliyinə müraciət edərək ölkəmizə dəstəklərini bildiriblər.

Please publish modules in offcanvas position.