Ərbəin yürüşündə Azərbaycana dəstək aksiyası (Video)

/ Çərşənbə, 07 Oktyabr 2020 17:44
Ərbəin yürüşündə Azərbaycana dəstək aksiyası (Video)

Xarici ölkələrdə Azərbaycanın işğala qarşı Vətən müharibəsinə dəstək aksiyaları davam edir. Daha bir həmrəylik nümunəsi İraqda qeydə alınıb. 

Kərbəlada, milyonlarla adamın iştirak etdiyi Ərbəin (İmam Hüseynin (ə) 40 mərasimi) yürüşündə Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün başlatdığı əks-hücum əməliyyatlarını dəstək məqsədi ilə “Qarabağ Azərbaycandır!” plakatı qaldırılıb. 

Qarabağ müharibəsi şəhidlərinin fotolarının əks olunduğu plakatda “Dualarınızda Azərbaycanı unutmayın” sözü də ərəb və ingilis dillərində yazılıb. Plakat yürüş iştirakçıları və yerli sakinlərin marağına səbəb olub. Redaksiyamıza göndərilən foto və qısa videoda insanlar plakatın qarşısına gələrək baxdığı görünür.

Please publish modules in offcanvas position.