Oktyabrın 17-nə keçən gecə imam Rzanın (ə) şəhadətinin ildönümüdür

/ Cümə, 16 Oktyabr 2020 11:22
Oktyabrın 17-nə keçən gecə imam Rzanın (ə) şəhadətinin ildönümüdür

Bu gecə imam Rzanın (ə) şəhadət gecəsidir.

İslam.az-ın məlumatına görə, hicri qəməri tarixi ilə 203-ci il Səfər ayının sonuncu günündə (bu il oktyabrın 17-i) müsəlmanların 8-ci imamı Abbasi xəlifəsi Məmun tərəfindən zəhərləndirilib və şəhadətə qovuşub. Bu zaman imamın 55 yaşı olub.

İmam Rza (ə) hicri qəməri tarixi ilə 148-ci il Zilqədə ayının 11-də Mədinə şəhərində İmam Museyi Kazımın (ə) ailəsində dünyaya göz açıb. Bu körpənin adını Әli, ləqəbini isə Rza qoyublar. İmamın anası Nəcmiyyə iman və zəka baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı. Atası Harunun zindanında şəhid olduqdan sonra müsəlmanlara imamlıq edib.

İmam Rzanın (ə) müqəddəs məzarı Məşhəd şəhərində yerləşir.

İmam Rzanın (ə) şəhadətinin ildönümü münasibətilə İslam.az kollektivi bütün müsəlmanlara başsağlığı verir!

Please publish modules in offcanvas position.