Erməni təxribatları nəticəsində 61 mülki şəxs həlak olub

/ Çərşənbə axşamı, 20 Oktyabr 2020 13:29
Erməni təxribatları nəticəsində 61 mülki şəxs həlak olub

Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub. 

Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 61 mülki şəxs həlak olub, 291 nəfər yaralanıb.

Eyni zamanda, 382 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 1941 yaşayış evi yarasız vəziyyətə düşüb.

Please publish modules in offcanvas position.