Prezident: “Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun”

/ Bazar ertəsi, 26 Oktyabr 2020 13:52
Prezident: “Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun”

“Hüquqi baza bizə imkan verir ki, bu gün biz döyüş meydanında düşmənə dərs verək, qovaq və torpaqlarımızdan rədd edək”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir:

“Biz yolumuza davam edəcəyik. Atəşkəs istəyirlərsə, işğalçı dövlətə desinlər ki, bizim torpaqlarmızdan rədd olsun, çıxsın. Biz sona kimi gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq və qabağımızdan qaçır və qaçacaq. Çünki biz haqlıyıq və güclüyük”.

Please publish modules in offcanvas position.