Müsəlmanların “Vəhdət həftəsi” oktyabrın 29 - noyabrın 3-nə təsadüf edir

/ Çərşənbə, 28 Oktyabr 2020 13:30
Müsəlmanların “Vəhdət həftəsi” oktyabrın 29 - noyabrın 3-nə təsadüf edir

Hicri təqvimlə rəbiul-əvvəl ayının 12-17-ci günlərini (bu il oktyabrın 29 - noyabrın 3-ü) İslam dünyası “vəhdət həftəsi” kimi qeyd edir.

Rəvayətlərə əsasən, İslam Peyğəmbəri Həzrəti Məhəmməd (s) məhz bu günlərin birində dünyaya göz açıb.

O Həzrətin (s) təvəllüdü ilə bağlı tarixi mənbələrdə iki fərqli günün göstərilməsi səbəbindən müsəlmanlar onun doğum gününü iki fərqli gündə (hicri təqvimlə rəbiül-əvvəl ayının 12-si və 17-si) qeyd edirlər. Günlər arasındakı fasiləni qovuşdurmaq məqsədilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə “vəhdət həftəsi” elan edilib.

İslam.az rəbiul-əvvəl ayının 12-də Peyğəmbərin mövlud gününü qeyd edən bütün müsəlmanları təbrik edir, onlara Peyğəmbər əxlaqı ilə zinətlənmələrini diləyir.

Please publish modules in offcanvas position.