İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu”

/ Bazar ertəsi, 02 Noyabr 2020 16:24
İlham Əliyev: “Daha səkkiz kənd işğaldan azad olundu”

Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad etdi. 

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi “Twitter” səhifəsində yazıb.

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşa Bulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Please publish modules in offcanvas position.