Putin: “Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib”

/ Çərşənbə, 18 Noyabr 2020 12:04
Putin: “Türkiyə heç vaxt Azərbaycanı dəstəklədiyini gizlətməyib”

“Türkiyə heç vaxt gizlətməyib ki, Dağlıq Qarabağda Azərbaycanı dəstəkləyir. Bu, SSRİ-nin süqutunun geosiyasi nəticəsidir”.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

“Türkiyəyə, onun roluna gəldikdə isə bu barədə dəfələrlə birbaşa Azərbaycandan bildiriblər, Türkiyə tərəfi də bunu heç vaxt gizlətməyib. Onlar birtərəfli qaydada Azərbaycanı dəstəkləyib”, - deyə V.Putin bildirib.

Please publish modules in offcanvas position.