Ağdam məscidi “Qədr surəsi” ilə açıldı - Video

/ Cümə, 20 Noyabr 2020 15:08
Ağdam məscidi “Qədr surəsi” ilə açıldı - Video

Ağdam məscidində son 27 ilin ilk namazı lentə alınıb.

Bu sözləri RT-nin müxbiri Murad Qazdıyev işğaldan azad edilmiş Ağdamda hazırladığı reportajında deyir. O, təmas xəttini keçməyə icazə verilən ilk mətbuat nümayəndələri kimi öz minnətdarlığını da bildirib.

Kadrlarda azərbaycanlı hərbçilərin namaz qılmaq üçün yerə xalı sərdikləri görünür. Növbəti kadrda ruhaninin Quranın “Qədr” surəsini oxuduğu əks olunub.

Qeyd edək ki, surədə bu günün (Qədr gecəsinin) min aydan daha xeyirli olduğu bildilir.

Please publish modules in offcanvas position.