Dekabrın 20-nə keçən gecə Xanım Zeynəbin (s.ə) mövludunun ildönümüdür

/ Şənbə, 19 Dekabr 2020 15:09
Dekabrın 20-nə keçən gecə Xanım Zeynəbin (s.ə) mövludunun ildönümüdür

Bu gecə (bu il dekabrın 20-nə keçən gecə) İslam Peyğəmbərinin (s) nəvəsi, Kərbəla həqiqətlərini dünyaya çatdırıran, Kərbəla səhnəsinin misilsiz qadın qəhrəmanı Xanım Zeynəbin (s.ə) mövlud gecəsidir.

İslam.az-ın məlumatına görə, hicrətin 6-cı ilində, cəmadiül-əvvəlin ayının 5-də Mədinə şəhərində Peyğəmbər ailəsində, İmam Əli (ə) və Peyğəmbərin can parəsi olan Xanım Fatimeyi Zəhranın (s.ə) evində bir qız uşağı dünyaya gəlir. Peyğəmbər yeni doğulmuş körpənin adını Cəbrayıl (ə) nazil olub xəbər gətirəndən sonra Zeynəb qoyur. Zeynəb "atanın ziynəti" deməkdir.

Həzrət Zeynəb (s.ə) beş ilə qədər Peyğəmbərlə (s) bir yerdə yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Xanım Zeynəb (s.ə) çox dözümlü, güclü, səbirli olub. Kərbəla həqiqətlərinin dünyaya çatdıran da məhs Xanım Zeynəb (s.ə) olmuşdur.

Bu gözəl gün münasibəti ilə bütün möminləri və xüsusən də xanımları təbrik edirik!

Please publish modules in offcanvas position.