ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

/ Cümə axşamı, 14 Yanvar 2021 10:38
ABŞ Konqresinin Nümayəndələr Palatası Trampın impiçmentinə səs verdi

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.

İmpiçment qiyama təhriketmə maddəsi üzrə elan olunub.

Çıxarılan qətnamədə Trampın hərəkətlərinin Konstitusiyanın prezidentin impiçmentinə gətirib çıxara bilən "ağır cinayətlər və səhv hərəkətlər" ifadəsinə uyğun olması bildirilir.

Xatırladaq ki, yanvarın 6-da ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında mitinqdə tərəfdarlarını seçkilərin nəticələrinə etiraz edərək Kapitoliyə getməyə çağırmışdı. Trampın tərəfdarlarının Kapitolini mühasirəyə alıb, zorla binaya girməsi nəticəsində baş verən qarışıqlıqlar zamanı bir neçə nəfər həyatını itirmişdi.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.