Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

/ Çərşənbə, 20 Yanvar 2021 12:11
Azərbaycan şəhidlərini bir dəqiqəlik sükutla andı

Bu gün saat 12:00-da Azərbaycanda bir dəqiqəlik sükut elan olunub.

Oxu.Az xəbər verir ki, 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsi anılıb.

Nəqliyyat vasitələri, Bakı buxtasındakı gəmilər, metro və yerüstü qatarlar fit verib.

Azərbaycanın xarici diplomatik korpuslarında, dövlət qurumlarında, hərbi hissələrində və gəmilərdə dövlət bayraqları endirilib.

Paytaxt ictimaiyyəti, şəhər sakinləri səhər saatlarından başlayaraq, Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Please publish modules in offcanvas position.