Bu gündən rayonlara gəliş-gediş açıldı

/ Bazar ertəsi, 25 Yanvar 2021 10:57
Bu gündən rayonlara gəliş-gediş açıldı

Bu gündən Azərbaycanda koronavirusun geniş yayılmasının qarşısının alınması üçün şəhərlərarası və rayonlararası hərəkətlə bağlı sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, şəhərlərarası və rayonlararası hərəkət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən bərpa olunub.

Please publish modules in offcanvas position.