Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb

/ Cümə, 29 Yanvar 2021 11:00
Radikallığı təbliğ edən 52 adda kitabın Azərbaycana gətirilməsinin qarşısı alınıb

Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olan dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, 2-si xristian olmaqla 14 dini icma dövlət qeydiyyatından keçirilib, bununla da icmaların sayı 955-ə çatıb.

“Report” xəbər verir ki, bunu Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə deyib.

O bildirib ki, eyni zamanda 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib: “Ötən il Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında idxalı nəzərdə tutalan 3 680 adda dini məzmunlu ədəbiyyat dinşünaslıq ekspertizasından keçirilib, dini dözümsüzlüyü və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb”.

Şöbə müdirinin sözlərinə görə, nəşr olunmaq məqsədilə təqdim edilən 205 adda dini ədəbiyyata baxılıb, onlardan 6-nın çapı məqsədəuyğun sayılmayıb: “Həmçinin hüquq-mühafizə orqanları tərəfindən göndərilmiş 220 adda dini təyinatlı ədəbiyyata və digər məlumat materiallarına baxılıb, onlardan 63-nün zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və nəşr edildiyi müəyyən edilib. Hesabat dövründə 487 adda dini təyinatlı ədəbiyyata 6 79 412 ədəd nəzarət markası verilib”.

Please publish modules in offcanvas position.