Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb

/ Çərşənbə axşamı, 28 Yanvar 2020 17:57
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb

Çində koronavirusa yoluxanların sayı artıb.

Qeyd edilir ki, virusa yoluxanların sayı 4515 nəfərə çatıb.

Daha əvvəl “Vani” portalı Çin regionlarının məlumatına əsasən virusa yoluxanların sayının 4477 nəfərə çatdığını, 106 nəfərin öldüyünü xəbər verib.

“Agence France-Presse” isə bildirib ki, ötən gün Hubey əyalətində yeni pnevmaniyadan daha 24 nəfər həlak olub. Həmçinin virusa 1291 yeni yoluxma hadisəsi qeydə alınıb.

Please publish modules in offcanvas position.