İŞİD İsraili hədələdi

/ Çərşənbə axşamı, 28 Yanvar 2020 17:58
İŞİD İsraili hədələdi

İŞİD terror təşkilatı İsraili hücumlarının əsas hədəfinə çevirmək planlarını açıqlayıb.

Bu barədə “The Times of Israel” terrorçuların səs ismarıclarına istinadla xəbər yayıb.

Bildirilir ki, belə bir bəyanata səbəb ABŞ-ın Yaxın Şərqdə İsrail və Fələstin arasında münaqişənin həlli üçün həyata keçirmək istədiyi “Əsrin sazişi” planı olub.

Bununla əlaqədar olaraq terrorçular hücumları bərpa etməklə, həmçinin, İsrailin yaşayış məntəqələrini raket və kimyəvi silah sınaqlarının poliqonuna çevirməklə hədələyib.

Qeyd edək ki, yanvarın 27-də ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Evdə “Əsrin sazişi” adlandırılan Fələstin-İsrail münaqişəsinin razılaşdırılması planını müzakirə edib.

Please publish modules in offcanvas position.