ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb

/ Çərşənbə, 29 Yanvar 2020 11:27
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb

ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb

Bu barədə Pentaqon nümayəndəsi Tomas Kempbell bildirib.

"On altı yeni hərbi qulluqçuya kəllə-beyin travmaları diaqnozu qoyulub. Hazırda ABŞ-ın 50 hərbi qulluqçusu kəllə-beyin travmaları alıb", - zabit bildirib.

Onun sözlərinə görə, 50 zərərçəkəndən 31-i İraqda tibbi yardım alıb və xidmətə qayıdıblar. Xəsarət alan 18 hərbi qulluqçu sonrakı müalicə üçün Almaniyaya təxliyyə edilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İranın ABŞ bazalarına hava zərbələri zamanı zərərçəkənlərin olmadığını bildirib. Lakin o sonra xəsarət alanların olduğunu etiraf edib. Ancaq Ağ Ev rəhbəri iddia edirdi ki, söhbət yüngül xəsarətlərdən gedir.

Please publish modules in offcanvas position.