KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

/ Cümə axşamı, 30 Yanvar 2020 12:47
KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

Türkiyənin Hərbi Dəniz Donanması Liviyanın paytaxtı Tripoliya tanklar və hərbçilər gətirib.

Bu barədə Liviyanın “218” telekanalı şahidlərə istinadən məlumat yayıb.

Qeyd olunub ki, türkiyəli hərbçilər bir gün əvvəl iki döyüş gəmisi ilə gəliblər. Digər gəminin göyərtəsində olan tanklar isə Triplonin limanına endirilib.

“Əhmər Liviya” portalı da adı açıqlanmayan mənbələrə istinadən xəbər verir ki, döyüş sursatları və hərbi avadanlıqlar gəmilərdən çıxarılaraq Tripolinin mərkəzindəki Hərbi Hava Qüvvələrinin hərbi bazasına aparılıb.

Bundan başqa, bazar ertəsi “Afriqya Airways” aviaşirkətinə məxsus təyyarə ilə 40 türkiyəli zabitlər Misrata hava limanı vasitəsi ilə ölkəyə daxil olub.

Please publish modules in offcanvas position.