Koronavirusa yoluxmuş ağciyərlərin şəkilləri yayılıb - FOTO

/ Bazar ertəsi, 03 Fevral 2020 00:38
Koronavirusa yoluxmuş ağciyərlərin şəkilləri yayılıb - FOTO

Çin həkimləri 2019 nSoV koronavirusuna yoluxmuş pasiyentin ağciyərlərinin şəkillərini yayıblar.

Bu barədə “Report” “Radiology” jurnalına istinadən xəbər verir.

Jurnalda dərc edilmiş təsvirlər Çinin Lançjou şəhərində 39 dərəcə temperaturla xəstəxanaya yerləşdirilmiş 33 yaşlı qadının kompüter tomoqrafiyası nəticəsində alınıb.

36d189b7 9cb5 4a8a 9e83 7708a25ae82c

Birinci şəkildə "tutqun şüşə effekti”ni yaradan bulanıqlıq görünür. Üç gün sonra çəkilmiş ikinci şəkildə isə virusun genişlənmiş sahəsini görmək mümkündür.

"Epidemioloji xüsusiyyətlərə, klinik təzahürlərə, döş hüceyrələrinin şəkillərinə və laboratoriya məlumatlarına əsasən, 2019 nCoV sətəlcəm diaqnozu qoyuldu", - deyə nəşr bildirib.

Please publish modules in offcanvas position.