Pakistanda bir ailənin 7 üzvü öldürülüb

/ Bazar ertəsi, 03 Fevral 2020 12:07
Pakistanda bir ailənin 7 üzvü öldürülüb

Pakistanın şimal-qərbində naməlum silahlıların Əfqanıstan tərəfdən minaatanla açdığı atəş nəticəsində bir ailənin 7 üzvü ölüb, onların arasında qadın və dörd uşaq da var.

Bu barədə yerli “PTI” agentliyi məlumat yayıb.

Mərmi Hayver-Pahtunxva əyalətinin sərhəd bölgəsində yerləşən Baatvar Banqro kəndində pakistanlı bir ailənin evinə tuş gəlib. Ailənin evi tamamilə dağılıb.

Please publish modules in offcanvas position.