Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırıb

/ Çərşənbə axşamı, 04 Fevral 2020 11:06
Koronavirusa görə 46 aviadaşıyıcı Çinə uçuşları dayandırıb
Dünyanın 46 xarici aviadaşıyıcısı Çinə uçuşları dayandırıb. Bu barədə Çinin Mülki Aviasiya Administrasiyası məlumat yayıb. Bunlar arasında “Air France”, “American Airlines”, “Air Canada”, “Lufthansa”, “Finnair”, “Air India”, “Air Seoul” və başqa böyük aviaşirkətlər var. Koronavirusun yeni növünün yayılması bir çox ölkələri və şirkətləri Çinə və oradan səyahət üçün məhdudlaşdırıcı tədbirlər görməyə məcbur edib. Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin mərkəzi hissəsindəki Uhanda naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.