Türkiyənin müdafiə naziri: “İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib”

/ Çərşənbə axşamı, 04 Fevral 2020 11:10
Türkiyənin müdafiə naziri: “İdlibdə 76 suriyalı hərbçi zərərsizləşdirilib”
Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın İdlib vilayətinə endirilən raket zərbələri nəticəsində Suriya prezidenti Bəşşar Əsədə məxsus ordu qüvvələrinin 76 hərbçisi zərərsizləşdirilib. Bu barədə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar məlumat verib. Onun sözlərinə görə, 54 hədəfə zərbələr endirilib: “Müxtəlif mənbələrdən aldğımız məlumata görə, hazırda 76 suriyalı hərbçi zərərsizləşdirilib”. Xatırladaq ki, ötən gecə Bəşşar Əsədə sadiq qüvvələrin hücumu nəticəsində Türkiyə ordusunun 6 əsgəri şəhid olub, 9 nəfər isə yaralanıb.

Please publish modules in offcanvas position.