Qasım Süleymaninin silahdaşı öldürüldü

/ Çərşənbə axşamı, 04 Fevral 2020 12:40
Qasım Süleymaninin silahdaşı öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu Suriyadakı atışmalar zamanı komandirlərindən biri olan Əsgər Paşapurun öldürüldüyünü açıqlayıb.

Bu barədə İran dövlət televiziyasının internet səhifəsi “İribnews” informasiya yayıb.

Məlumata görə, Ə.Paşapur ötən gün Hələb şəhərində suriyalı müxaliflərlə atışma zamanı öldürülüb.

Qeyd edək ki, Ə.Paşapur İraqda ötən ay öldürülən iranlı general Qasım Süleymaninin yaxın münasibəti olan həmkarlarından biri olub.

Please publish modules in offcanvas position.