ATƏT: ABŞ “kütləvi qırğın silahını” yenidən tətbiq edəcək
/
Çərşənbə, 05 Fevral 2020 15:04
ATƏT-in Parlament Assambleyasının İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin üzvləri ABŞ-ın hərəkətlərindən narahatdırlar.
Islam.az “TASS”-a istinadən xəbər verir ki, ABŞ Obamanın zamanında qadağan olunmuş piyadalara qarşı minaların istifadə edilməsinə icazə vermək niyyətindədir.
Komitə ABŞ-ı bir çox ölkələr kimi piyadalara qarşı minalardan istifadəni tam qadağan etməyə çağırıb.
“Bu minalar dəqiq nişansız kütləvi qırğın silahıdır və əsasən mülki əhaliyə təhlükə yaradır”, - deyə ATƏT-də qeyd edilib.
Bizimlə əlaqə saxlayın