Ərdoğan Bəşər Əsədi hədələdi — «76 əsgər öldü, davamı da gələcək»

/ Çərşənbə, 05 Fevral 2020 15:11
Ərdoğan Bəşər Əsədi hədələdi — «76 əsgər öldü, davamı da gələcək»
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusuna hücuma görə Bəşər Əsədi hədələyib. İslam.az Gülüstan.info-ya istinadən xəbər verir ki, Ərdoğan İdlibdə Türkiyə əsgərlərinə hücuma görə Əsəd rejiminin cavab verəcəyini bildirib. Türkiyə prezidenti bildirib ki, İdlibdə Türk ordusuna hücumu bağışlamayacaqlar: «İdlibdə baş verənlər atəşkəs razılaşmasının pozulması deməkdir. 8 əsgərimiz şəhid oldu. Cavabında 76 Əsəd rejiminin əsgəri öldürüldü. Bununla kifayətlənməyəcəyik. Bu hücumun cavabını Bəşər Əsəd rejimi ödəməkdə davam edəcək». Qeyd edək ki, İdlib Suriya müxalifətinin nəzarətində olan tək bölgədir. Bir neçə gündür Suriya hakimiyyəti və Rusiya hərbi təyyarələri İdlibi bombalayır.

Please publish modules in offcanvas position.