Suriya ordusu İdlibin strateji hesab edilən Sarakib şəhərinə daxil olub
/
Cümə axşamı, 06 Fevral 2020 11:44
Suriya ordusu İdlib əyalətindəki Sarakib şəhəri üzərində tam nəzarəti ələ keçirib.
İslam.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə bu barədə hərbi mənbələrdən məlumat verilib.
Bildirilir ki, Sarakib şəhəri İdlibə sahib olmaq üçün açar rolunu oynayır. Şəhər M4 (Latakiya - Hələb) və M5 (Dəməşq - Hələb) beynəlxalq yollarının kəsişməsində yerləşdiyinə görə strateji əhəmiyyətə malikdir.
Türkiyə Prezidenti Ərdoğan rusiyalı həmkarı Vladimir Putini və Suriya Prezidenti Bəşər Əsədi İdlib vilayətində hücumu dayandırmağa çağırıb.