Üç gündə 13 uşaq naməlum virusdan öldü

/ Cümə axşamı, 06 Fevral 2020 16:56
Üç gündə 13 uşaq naməlum virusdan öldü
Əfqanıstanın şimal-şərqində Bədəhşan vilayətində sətəlcəm simptomlarına oxşar xəstəlikdən 13 uşaq vəfat edib. İslam.az “TOLOnews”a istinadən verdiyi məlumatına görə, bu barədə yerli hökumət nümayəndəsi bəyan edib. “Son üç gündə Bədəhşan vilayətinin Yamgan mahalında 13 yeniyetmə sətəlcəmə oxşayan xəstəlikdən dünyalarını dəyişib”, - deyə məlumatda bildirilib. Əfqan hökumətindən xəstəliyin səbəbi və Yamgandakı uşaqların ölümü ilə bağlı informasiya hələ verilməyib. Xatırladaq ki, dekabrın 31-də Çin hökuməti ölkənin mərkəzi hissəsində yerləşən Uxan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə Dünya Səhiyyə Təşkilatına məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisini təyin edərək bunun “2019-nCoV” koronavirus olduğunu bildiriblər. Son məlumatlara görə, Çində yeni növ koronavirusdan 563 nəfər ölüb. Bundan başqa1153 nəfər virusdan sağalıb, 28 018 nəfər isə ona yoluxub.

Please publish modules in offcanvas position.