Rusiya Yehovanın Şahidlərinin 200 üzvünü terrorçu elan edib

/ Şənbə, 08 Fevral 2020 12:14
Rusiya Yehovanın Şahidlərinin 200 üzvünü terrorçu elan edib

Rusiyanın hüquq-mühafizə orqanları Yehovanın Şahidləri adı ilə tanınan xristian dini cərəyanının 200-dən çox üzvünü ekstremistlər və terrorçuların siyahısına əlavə edib.

Dini qrupun ölkənin maliyyə sistemi ilə əlaqəsi tamamilə kəsilib. Belə ki, siyahıda adı olan şəxslərin bank hesabları dondurulur və hər hansı maliyyə transzaksiyalarına ciddi məhdudiyyətlər tətbiq olunur.

Rusiya Yehovanın Şahidlərini rəsmi olaraq 2017-ci ildə qadağan edərək, qrupu ekstremist təşkilat elan edib. 

2017-ci ildən bəri qrupun iyirmi dörd üzvünə qarşı ittihamlar irəli sürülüb, onlardan doqquzu həbs cəzasına məhkum edilib, 300-dən çox insan üzərində isə hazırda cinayət istintaqı aparılır.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.