Saakaşvili Gürcüstanda şəxsi qərargahını açacaq

/ Bazar ertəsi, 10 Fevral 2020 11:19
Saakaşvili Gürcüstanda şəxsi qərargahını açacaq

Martın 1-dən etibarən Saakaşvilinin Prezident Kitabxanasının bazasında öz qərargahımı açacağam.

Bu sözləri Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Martın 1-dən etibarən şəxsi qərargahımı açacağam ki, Milli Hərəkat və digər müxalifət partiyaları, partiyasız insanlarla birgə daha böyük baza yaradılsın və İvanişvili rejiminin sonunun çatması sürətləndirilsin. Çox insan mənimlə yanaşı dayanır, gürcü xalqının çox böyük dəstəyi var. Mənim öz resurslarım, siyasi kontaktlarım var, hansı ki, mən bu "bəla"dan sürətli şəkildə xilas olmaq üçün istifadə edirəm. Bu il onların sonu çatacaq. Bu il Gürcüstan dizləri üstündən ayağa qalxacaq”, - o bildirib.

Please publish modules in offcanvas position.