Körfəzdəki ərəb dövlətləri İsraillə yeni saziş bağlamaq istəyirlər - Sabiq nazir

/ Bazar ertəsi, 10 Fevral 2020 14:18
Körfəzdəki ərəb dövlətləri İsraillə yeni saziş bağlamaq istəyirlər - Sabiq nazir

"Körfəz ərəb dövlətləri, İordaniya, Misir və ola bilsin Mərakeş İsraillə müharibənin edilməməsi sazişi bağlayacaqlar."

 Islam.az "SalamNews"-a istinadən xəbər verir ki, bunu Qətərin sabiq baş naziri Həmd bin Casim Ali-Sani rəsmi twitter səhifəsində yazıb.

 Qətərin sabiq rəsminin iddiasına görə Səudiyyə Ərəbistanı və onunla müttəfiq olan ərəb dövlətləri ABŞ-ın "Əsrin sazişi" planının həyata keçirilməsi çərçivəsində, İsraillə "müharibənin olmaması" sazişini imzalamaq istəyirlər.

 Onun sözlərinə görə sözügedən saziş birinci Körfəz Əməkdaşlıq Şurası ilə İsrail arasında bağlanacaq.

 Qeyd edək ki, ərəb dövlətlərindən yalnız Misir və İordaniyanın İsraillə diplomatik əlaqələri var.

 Bir çox ərəb ekspertləri ABŞ-ın Fələstin planının həyata keçirilməsində Körfəz ərəb ölkələri - İsrail əlaqələrinin normalllaşdırılmasının zəruri amil olduğunu bildirirlər.  

Please publish modules in offcanvas position.