"ABŞ İraq hökumətinə qeyri rəsmi şəkildə çatdırıb ki, bir il yarıma qüvvələrini ölkədən çıxaracaq."
İslam.az "SalamNews"-a istinadla xəbər verir ki, bunu İraqın "Əsaib Əhlil-Haqq" hərəkatının baş katibi Qeys Xəzəli verdiyi açıqlamada deyib.
Telekanala müsahibə verən Qeys Xəzəli bildirib ki, ABŞ qeyri rəsmi şəkildə İraq hökumətinə çatdırıb ki, il yarıma qüvvələrini ölkədən çıxaracaq.
"Əsaib Əhlil-Haqq" hərəkatının baş katibi əlavə edib ki, ABŞ -ın bu açıqlama və addımı adıçəkilən ölkədə keçiriləcək seçkilərlə bağlı ola bilər.
Lakin buna baxmayaraq Qeys Xəzəli ABŞ-a inanmadıqlarını, onların ölkədən çıxması üçün lazımi addımlar atacaqlarını, hətta yeni baş nazir Məhəmməd Tofiq Əllavinin qarşısında bu barədə öhdəliyin qoyulduğunu deyib.
O, İraq hökumətini ABŞ-ın vədlərinə inanmamağa çağırıb.