Koronavirusun daha bir qorxulu üzü məlum oldu

/ Bazar ertəsi, 10 Fevral 2020 15:10
Koronavirusun daha bir qorxulu üzü məlum oldu

Koronavirusun maksimum inkubasiya dövrü indiyə qədər hesab olunan 14 gündən təqribən iki dəfə çox imiş. Belə ki, yeni virusa yoluxan gündən ilk simptomların özünü göstərməsinə qədər 24 gün keçə bilər.

Bu barədə “Sina” xəbər yayıb.

Məlumatda bildirilir ki, Çin Xalq Respublikasının 31 əyalətində və bələdiyyəsində yeni tip koronavirus infeksiyası (2019-nCoV) ilə əlaqədar 1099 halın retrospektiv tədqiqatı zamanı aşkarlandı ki, yoluxma zamanı inkubasiya dövrü orta hesabla üç gün, ən uzun müddətdə isə 24 gündür. 

Koronavirusa yoluxan insanlar xəstəliyin özünü büruzə vermədiyi bir vaxtda virusu başqalarına keçirə bilərlər.

Hazırda koronavirus yoluxduğu ehtimal edilən şəxslər 14 gün müddətinə karantinə alınırlar.

Son məlumatlara görə, yeni növ koronavirus Çinin Uhan əyalətində artıq 871 nəfərin həyatına son qoyub, xəstəliyə yoluxanların sayı isə 29 631-ə çatıb. 1 795 insanın virusdan sağaldığı bildirilir. 

Please publish modules in offcanvas position.