Əfqanıstanda partlayış zamanı azı 5 nəfər həlak olub.
Bu barədə 1TV telekanalı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, hadisə zamanı daha 11 nəfər yaralanıb. Ölənlərdən 3-ü hərbi qulluqçu, 2-i dinc sakindir.
Əfqanıstanın Dаxili İşlər Nаzirliyinin rəsmisi Nüsrət Rahimi bildirib ki, hadisənin terrorçu kamikadze tərəfindən törədildiyini bildirib.