Qeyri-adi festival: cəsədləri qəbirdən çıxarıb yürüş edirlər

/ Çərşənbə axşamı, 11 Fevral 2020 16:43
Qeyri-adi festival: cəsədləri qəbirdən çıxarıb yürüş edirlər

Madaqaskar dünyanın ən qəribə festivallarından birinə ev sahibliyi edir.

“Milliyet” xəbər verir ki, “Famadihana” adlı festival zamanı insanlar ölən yaxınlarının cəsədlərini məzarlarından çıxarıb müxtəlif rəqslər edərək bayram edirlər.

Festival Maqalasi qəbiləsinin ənənələri əsasında bu gün də keçirilir. Festival zamanı insanlar ölən yaxınlarının cəsədlərinə yeni paltar da geyindirirlər.

Bundan sonra ölənlərin sümükləri ilə birlikdə yürüş təşkil olunur. Yürüşə qatılanlar canlı musiqinin müşayiəti ilə rəqs edirlər.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.