Trampdan İrəvanı məyus edəcək qərar – Şərh

/ Çərşənbə axşamı, 11 Fevral 2020 17:24
Trampdan İrəvanı məyus edəcək qərar – Şərh

Donald Tramp seçkiqabağı ABŞ seçicisinin rəğbətini qazanacaq addımlar atır.

İslam.az Axar.az-a istinadən yazdiğina görə, bu sözləri politoloq Qabil Hüseynli ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq istəyini şərh edərkən deyib. O bildirib ki, Trampın son zamanlar verdiyi qərarlar onun reytinqinə ciddi təsir edib:

“Əslində, Tramp bu addımla xaricə xərclənən pulların ABŞ vətəndaşlarına sərf ediləcəyi fikrini yaratmaq istəyir. Təbii ki, belə addımlar əhali tərəfindən müsbət qəbul edilir. Son zamanlar populist bəyanatlarını da nəzərə alsaq, deyə bilərəm ki, Trampın reytinqi bir xeyli artıb”.

Q.Hüseynli Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planının Ermənistana təsirindən də danışıb:

“Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planından ən çox Ermənistan zərər görəcək. ABŞ bir müddət Dağlıq Qarabağ separatçılarına maliyyə yardımı edirdi. Prezident İlham Əliyevin səyləri nəticəsində bu yardım dayandırıldı. Son zamanlar ABŞ-ın Ermənistan və Azərbaycana maliyyə yardımının nisbəti də ciddi mənada dəyişib. Ötən ilin statistikasına baxdıqda görə bilərik ki, ABŞ Ermənistana 10, Azərbaycana isə 100 milyon dollar maliyyə yardımı edib. Əlbəttə ki, son zamanlar Azərbaycanın regionda apardığı uğurlu xarici siyasət, geosiyasi enerji və nəqliyyat layihələrini ABŞ da təqdir edir. Mən inanıram ki, ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını azaltmaq planı ölkəmizə çox da təsir etməyəcək”.

Qeyd edək ki, “Röyter” ABŞ Prezidenti Donald Trampın 2021-ci ildə xarici ölkələrə maliyyə yardımını 21 faiz azaltmaq istəməsi haqda məlumat yayıb.

Please publish modules in offcanvas position.

Komento.require() .script("https://www.google.com/recaptcha/api.js?hl=en") .done(function($) { Komento.Recaptcha = true; window.recaptchaCallback = function(val) { $('[data-kt-recaptcha-response]') .val(val) .trigger('change'); }; }); nbsp;