ABŞ və Suriya arasında gərginlik: Qırıcılar zərbə endirdi

/ Çərşənbə, 12 Fevral 2020 16:34
ABŞ və Suriya arasında gərginlik: Qırıcılar zərbə endirdi

ABŞ əsgərləri Suriyanın Hasəkə bölgəsində Əsəd ordusunun tabeliyindəki qüvvələrlə qarşıdurma zamanı bir əsgəri öldürüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, suriyalılar Hasəkə-Kamışlı yolundakı Hırbet Ammo kəndində ABŞ ordusunun hərbi maşın karvanının hərəkətinə əngəl olmağa çalışıblar.

Yaranan qarşıdurma zamanı ABŞ əsgərlərinin açdığı atəş nəticəsində Suriya ordusunun tabeliyindəki dəstədən bir nəfər öldürülüb. Suriyalı dəstə ABŞ tərəfinə havaya atəş açmaqla cavab verib. Hadisədən sonra ABŞ əsgərləri Hasəkəyə qayıdıblar.

Bundan sonra isə Hasəkədəki Tel Beydər bazasından havaya qalxan ABŞ-a aid iki qırıcı təyyarə Hırbet Ammo bölgəsindəki Suriya ordusu mövqelərinə zərbə endirib.

Suriyanın SANA agentliyi isə ABŞ ordusunun atəşi nəticəsində bir dinc sakinin həlak olduğunu, daha bir sakinin isə yaralandığını qeyd edib.

Please publish modules in offcanvas position.