Ermənistanda daxili gərginlik: Prezidentlə baş nazir arasında qarşıdurma şiddətlənir

/ Cümə axşamı, 13 Fevral 2020 14:46
Ermənistanda daxili gərginlik: Prezidentlə baş nazir arasında qarşıdurma şiddətlənir

“Ermənistanda daxili siyasi situasiyada gərginliklər hökm sürür”.

 İslam.az xəbər verir ki, bunu “Şərq”-ə Cənubi Qafqaz Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. Düşmən ölkədəki gərgin siyasi durumu şərh edən politoloq bildirib ki, baş nazir Nikol Paşinyan siyasi hakimiyyətini gücləndirməyə çalışır: 

“Bu istiqamətdə Cinayət Məcəlləsində və Konstitusiya Məhkəməsində dəyişikliklərə can atır. Prezident Armen Sarkisyan köhnə hakimiyyətin adamı olduğu üçün Nikol Paşinyanın dəyişikliklər islahatına mane olur. Prezidentlə baş nazir arasında qarşıdurmanın dərinləşəcəyi ehtimalı böyükdür. Nəticədə Armen Sarkisyana yönəlik hücumlar artacaq”. 

“Çünki Prezident Armen Sarkisyan köhnə hakimiyyətin adamı olduğu üçün Nikol Paşinyanın dəyişikliklər islahatına mane olur”

Siyasi şərhçinin fikrincə, ölkədə prezident postu və Konstitusiya Məhkəməsi “Qarabağ klanı”nın nəzarətindədir: 

“Paşinyan çalışır ki, Konstitusiyada dəyişikliklər etməklə, bu postlardan əvvəlki klanın nümayəndələrini uzaqlaşdırsın. O səbəbdən tərəflər arasındakı qarşıdurma dərinləşir. “Qarabağ klanı” Paşinyana qarşı cəbhə açır. Hesab edirəm ki, bu, ölkə daxilində yeni münaqişəyə gətirəcək və Ermənistanda siyasi böhran daha da dərinləşəcək. Göründüyü kimi, Paşinyan öz hakimiyyətini gücləndirə bilmir”.

Please publish modules in offcanvas position.