Suriyada kütləvi məzarlıq tapıldı

/ Bazar ertəsi, 17 Fevral 2020 14:13
Suriyada kütləvi məzarlıq tapıldı

Suriyanın Şərqi Quta bölgəsində kütləvi məzarlıq tapılıb.

SANA-nın verdiyi xəbərə görə, cəsədlər 2012-2014-cü illərdə öldürülən şəxslərə aid olub.

Cəsədlərin terror qruplaşmaları tərəfindən qətlə yetirilən hərbçilərə və yerli vətəndaşlara aid olduğu qeyd edilir.

Məzarlıqdan 70 cəsəd çıxarılıb. Həmin şəxslərin əksəriyyətinin güllələnmə və boğulma nəticəsində öldürüldüyü bildirilir.

Ekshumasiyadan sonra meyitlərin qalıqları şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün yerli hərbi hospitala yerləşdiriləcək.

Please publish modules in offcanvas position.