Yəməndə onlarla uşaq öldürüldü

/ Çərşənbə axşamı, 18 Fevral 2020 11:24
Yəməndə onlarla uşaq öldürüldü

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası ölkələrinin hərbi qüvvələri Yəmənin şimalına hava zərbələri endiriblər.

Bu barədə “Al Massira” telekanalı üsyançı “Ansar Allah” hərəkatının Səhiyyə Nаzirliyindəki mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, koalisiya qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerə endirilən zərbə nəticəsində 35 nəfər həlak olub, habelə 23 nəfər xəsarət alıb. Məlumata görə, ölənlərdən 26-ı, xəsarət alanlardan 18-i uşaqlardır.  

Please publish modules in offcanvas position.