Çinin Uxan şəhərində koronavirusa yoluxmuş xəstələrin müalicəsi ilə məşğul olan xəstəxanalardan birinin rəhbəri bu xəstəlikdən dünyasını dəyişib.
Baş həkimin fevralın 17-də öldüyü qeyd edilir.
İslam.az-ın SalamNews-a istinadla verdiyi xəbərə görə, bu barədə yerli KİV məlumat yayıb.
Həkim koronavirusdan ölən tibb müəssisəsinin ilk rəhbəri oldu. Ətraflı məlumat verilmir.
Fevralın 7-nə keçən gecə, xəstəliyin yayılması barədə ilk həyəcan siqnalı verən oftalmoloq Li Venlianq da koronavirusdan ölüb. Həkim xəstələrə kömək edərkən virusa yoluxub.