Taliban cari ayın sonunda ABŞ-la sülh sazişinin imzalanacağını bildirib

/ Çərşənbə axşamı, 18 Fevral 2020 15:12
Taliban cari ayın sonunda ABŞ-la sülh sazişinin imzalanacağını bildirib

Əfqanıstanın Taliban hərəkatı ABŞ-la danışıqların bitdiyini və cari ayın sonunda sülh sazişinin imzalacağını bildirib.

Islam.az SalamNews-a istinadla xəbər verir ki, bunu Taliban hərəkatının müzakirəçi nümayəndə heyətinin üzvü Mövləvi Əbdüssalam Hənəfi "Nunn.asia" xəbər portalına verdiyi açıqlamada deyib.

Taliban rəsmisi bildirib ki, cari ayın sonu sülh sazişi Qətər paytaxtı Dohada imzalanacaq.

Bu sülh sazişinin imzalanma mərasimində Əfqanıstanla qonşu dövlətlərin, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, və sair daxili və beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.

Sülh sazişinin müddəalarından biri , tərəflərin, məhbus və əsirləri azad etməsidir. Taliban tərəfinin məlumatına görə bu sülh sazişinin imzalanmasından sonra onlar hökumət və təhlükəsizlik qüvvələrinin 1000 üzvünü, qarşı tərəf isə Taliban hərəkatının 5 minə yaxın ünsürünü sərbəst buraxacaq.

Qeyd edək ki, bu sülh sazişinin bir müddəası da ABŞ qüvvələrinin ölkədən çıxmasıdır. ABŞ qüvvələrinin ölkəni tərk etmələrinin zamanı barədə dəqiq məlumat yoxdur.

Bildirək ki bu sülh sazişində Əfqanıstan tərəflərinin öz aralarında danışıqları da yer alır. Bu danışıqların nəticələri haqda hələ məlumat yoxdur.

Şərhlər (0)

Burada hələ ki, şərh yoxdur

Sizin şərhiniz

  1. Xahiş edirik əxlaq normalarına riayət edin.
0 Characters
Attachments (0 / 3)
Share Your Location

Please publish modules in offcanvas position.