Ordu hücuma hazır vəziyyətə gətirildi

/ Çərşənbə axşamı, 18 Fevral 2020 18:12
Ordu hücuma hazır vəziyyətə gətirildi

Ukrayna hərbçilərinin separatçılarla Novotoşkovsk, Orexovo, Krımskoe və Xutor Volnıy yaxınlığındakı döyüşü başa çatıb.

İslam.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Əməliyyat Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna hərbçiləri vəziyyətə tam nəzarət edirlər.

“Silahlı Qüvvələrin ehtiyat hissələri tam hazır vəziyyətdədir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Donbasdakı separatçı rejim Ukrayna ordusunun Novotoşkovsk, Orexovo, Krımskoye, Xutor Volnıy yaşayış məntəqələrindəki mövqelərinə hücum edib.

Hücum nəticəsində Zoloto yaxınlığında Ukrayna ordusunun mövqelərini itirdiyi və itkilərin olduğu barədə məlumat yayılıb. İddiaya görə, hücumda rus muzdluları da iştirak edib.

Please publish modules in offcanvas position.